“Vergilər” mövzusunda keçirilmiş ümumrespublika olimpiadasında yüksək nəticə göstərmiş Naxçıvan Dövlət Universitetinin tələbələri təltif olunub

tedbir 16.06.203 6     Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş ümumrespublika olimpiadasında yüksək nəticə göstərmiş tələbələrin mükafatlandırılması mərasimi baş tutub.

     Bu məqsədlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev hər kəsi salamlayıb, dövlət müəssisələri ilə müxtəlif istiqamətlərdə fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb. Rektor vergi xidmətindən dəvət olunan mütəxəssislərin həm də bir pedaqoq kimi fəaliyyətindən razı qaldığını bildirib. Elbrus İsayev universitet tələbələrinin müxtəlif olimpiadalarda yüksək nəticə göstərdiyini nəzərə çatdırıb. Qeyd edilib ki, tələbələrimiz nəinki ölkə miqyasında, eyni zamanda beynəlxalq layihələrdə də uğurla çıxış edir və yüksək nəticə əldə edirlər. Gələcəkdə bu istiqamətdə müsabiqələrin davamlı təşkil ediləcəyinə sonsuz inam hissi ifadə edən rektor tələbələri qazandıqları uğur münasibətilə təbrik edib.

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bu günkü görüşdən olduqca məmnunluq duyduğunu bildirərək hər iki müəssisənin belə müsabiqələrin keçirilməsində maraqlı və razı olduğunu dilə gətirib. Abbas İsmayılov tələbələrin əldə etdikləri uğurların təməlində yüksək ali təhsilin dayandığını diqqətə çatdırıb. Qazanılan müvəffəqiyyəti gələcək böyük uğurların başlanğıcı hesab edən xidmətin rəisi tələbələri təbrik edərək ali təhsil ocağı ilə hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb. Abbas İsmayılov vergi xidmətində mövcud olan Avtomatlaşdırılmış informasiya sistemi haqda məlumat verərək bildirib ki, vergi xidmətində bütün xidmətlər elektron qaydada həyata keçirilir.

     İqtisadiyyat və marketinq kafedrasının müəllimi İsmayıl Bağırov qeyd edib ki, olimpiadanın yekun mərhələsində universitetin tələbəsi Nail Mustafazadə II, Nicat Məmmədli isə III yeri qazanıb. Bildirilib ki, olimpiadada suallarda ən çox tələbələrin analiz qabiliyyətləri qiymətləndirilib. İsmayıl Bağırov həmçinin diqqətə çatdırıb ki, özü də bir vaxtlar bu müsabiqələrdə iştirak edərək yüksək nəticələr əldə edib. Vurğulanıb ki, qalib tələbələr həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər ki, bu da onlara gələcəkdə iş prosesinə cəlb olunmalarına şərait yaradacaq.

     Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov müsabiqədə nailiyyət əldə etmiş tələbələrə diplom və kitab təqdim ediblər.

     Eyni zamanda tələbələrin müsabiqəyə hazırlanmasında birbaşa əməyi və rolu olan İsmayıl Bağırov da dilpomla təltif edilib.

     Olimpiadada uğur qazanan digər tələbələrə də universitetin təşəkkürnaməsi təqdim olunub.

     Sonda İsmayıl Bağırov həmmmüəllif olduğu “Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” adlı dərs vəsaitini NDU-nun rektoru Elbrus İsayev və Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılova hədiyyə edib.

    Sonda xatirə şəkli çəkdirilib.

tedbir 16.06.203 1tedbir 16.06.203 1tedbir 16.06.203 1tedbir 16.06.203 1tedbir 16.06.203 1tedbir 16.06.203 1

 

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405622
Bu gün
Dünən
Bu ay
569
655
7733