“İlham Əliyev – 20 il. Azərbaycan iqtisadiyyatının inkişafında vergi sistemi” fotolarda

9     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə “Azərbaycan iqtisadiyyatının inkişafında vergi sistemi” mövzusuda sərgi təşkil olunub. Sərgidə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinin nümayəndələri və Naxçıvan Dövlət Universitetinin tələbələri iştirak ediblər.

     Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə vergi orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib.

     Tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edən Xidmət rəisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli komandanlığı altında rəşadətli Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad edərək dövlətimizin ərazi bütövlüyünü əbədi bərpa etdiyini, bununla da bütün regionda sülhün və əmin-amanlığın, azadlıq və rifahın qarantına çevrildiyini xatırladıb. 

     Çıxışlarda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və iş adamı Teymur Rzayev ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanda  həyata keçirilən siyasi və iqtisadi islahatlardan bəhs ediblər.

     Sərgidə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin siyasi və iqtisadi fəaliyyəti barədə fotostendlər nümayiş olunub.

 

31 54 68 721011
 
  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405634
Bu gün
Dünən
Bu ay
581
655
7745