“Açıq qapı günü” keçirilib

tedbir aciqqapi 1tedbir aciqqapi 1tedbir aciqqapi 1tedbir aciqqapi 1tedbir aciqqapi 1

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti orta məktəb şagirdləri üçün “Açıq qapı günü” təşkil edib. Görüş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində vergi ödəyicilərinin və vətəndaşların istifadəsinə verilmiş Naxçıvan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Şagirdlərdə vergi biliklərinin formalaşdırılması məqsədilə vergi anlayışı, vergilərin mahiyyəti və növləri haqqında məlumatlar verilib, onlar mərkəzin işi ilə yaxından tanış ediliblər.

     Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405635
Bu gün
Dünən
Bu ay
582
655
7746