Şəhid ailələri ziyarət olunmuşdur

     Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və əzmkar oğullarımızın polad iradəsi sayəsində sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsi, ardınca 2023-cü il sentyabr ayının 19-20-də keçirilmiş birgünlük lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

     Bu zəfər, Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı.

     Döyüşlərdə üç mindən çox qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.

     Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin kollektivi “Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq, onların şəhidliyinə görə fəxr edirik” sözlərini deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Yeni il bayramı ərəfəsində Azərbacan xalqının bu ənənəsindən geri qalmamış, kollektiv tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş 20 şəhidin ailələri ziyarət olunmuşdur.

     Keçirilən bu görüşlər zamanı vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılmış, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən söz açılmış, şəhidlərimizin qanlarının yerdə qalmadığı, torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün tam bərpa olunduğu qeyd olunmuşdur.

     Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların sosial məsələlərinə daim həssaslıqla yanaşıldığı, problemlərinin həlli istiqamətində mütəmadi olaraq dövlət proqramlarının həyata keçirildiyi diqqətə çatdırılmışdır.

    Şəhidlərin ailə üzvləri övladları haqqında xatirələrini bölüşmüş, dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

    Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən belə görüşlər gələcəkdə də davam etdiriləcəkdir.

 111111111111
  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405635
Bu gün
Dünən
Bu ay
582
655
7746