Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvan reliz1

     2023-cü ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-avqust ayları ərzində ümumilikdə 6.429 sayda qəbul həyat keçirilib. Vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. barədə 9.711 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 2 dəfə, göstərilən xidmətlərin sayından isə 3 dəfə çoxdur,

     Hesabat dövründə mərkəz tərəfindən 1.070 müraciət üzrə 1.844 Asan İmza sertifikatı verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müraciət edənlərin sayında 2,6 dəfə, təqdim olunan Asan İmza sayında isə 3 dəfə artım deməkdir.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405571
Bu gün
Dünən
Bu ay
518
655
7682