Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvan reliz1

    2024-cü ilin yanvar ayı ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 3.149 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 4.619 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

    Yanvar ayı ərzində vergi ödəyicilərinə 88.280 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 7 görüş keçirilib, 54 sayda ünvanlı xidmət göstərilib. Yanvar ayında 543 müraciət üzrə 1.011 Asan İmza sertifikatı verilib.

    Yanvar ayında Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən ümumilikdə 2.265 şəxs qəbul edilib və onlara 3.652 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405471
Bu gün
Dünən
Bu ay
418
655
7582