Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

nxm3nxm7

     Naxçıvan Şəhər Vergilər İdarəsinin 2023-cü ilin may ayında istifadəyə verilmiş Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-sentyabr ayları ərzində ümumilikdə 8.065 sayda qəbul həyat keçirilib. Mərkəzdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. məsələlərlə bağlı 11.850 xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.

     Hesabat dövründə mərkəz tərəfindən 1.547 müraciət üzrə 3.674 Asan İmza sertifikatı verilib. Bu, ötən ilin eyni dövrünə nisbətən müraciət edənlərin sayında 2,8 dəfə, təqdim olunan Asan İmza sayında isə 4,4 dəfə artım deməkdir.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405592
Bu gün
Dünən
Bu ay
539
655
7703