Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb

Naxçıvan reliz

     2023-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2.457 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb. Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 faizi elektron qaydada, 50 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405633
Bu gün
Dünən
Bu ay
580
655
7744