Naxçıvanda istehlakçılara 857 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 yanvar 2024-cü il tarixə muxtar respublika ərazisində 2.798 ədəd yeni nəsil NKA quraşdırılıb. 2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 240 milyon manat olub.

     Ötən il “ƏDVgerial” layihəsi çərçivəsində istehlakçılara 857,2 min manatdan çox, təkcə dekabr ayında isə 105 min manat ƏDV məbləği geri qaytarılıb. 2023-cü ilin  yanvar ayı ilə müqayisədə dekabr ayında istehlakçılara qaytarılan məbləğ 5 dəfə artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405219
Bu gün
Dünən
Bu ay
166
655
7330