Naxçıvanda istehlakçılara 652 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 2.212 ədəd yeni nəsil NKA quraşdırılıb.  Yanvar-oktyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 175,7 milyon manatdan çox olub. 

     Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652,2 min manatdan çox, təkcə oktyabr ayında isə 98,9 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə oktyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,7 dəfə artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405633
Bu gün
Dünən
Bu ay
580
655
7744