Naxçıvanda istehlakçılara 553 min manatdan çox ƏDV məbləği geri qaytarılıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 oktyabr tarixinə muxtar respublika ərazisində 1980 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-sentyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 145,8 milyon manat olub. Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 553,2 min manatdan çox, təkcə sentyabr ayında isə 90,8 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə sentyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,3 dəfə artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405582
Bu gün
Dünən
Bu ay
529
655
7693