Naxçıvanda istehlakçılara 373,8 min manat ƏDV məbləği geri qaytarılıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü il 1 avqust tarixinə muxtar respublika ərazisində 1.896 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-iyul aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,3 milyon manatdan çox olub. Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 373,8 min manat, təkcə iyul ayında isə 83,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə iyul ayında istehlakçılara qaytarılan məbləğ 4 dəfə artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405570
Bu gün
Dünən
Bu ay
517
655
7681