Naxçıvan nümayəndə heyəti Türkiyədə səfərdə olub

tedbir ankara 2tedbir ankara 2

     Türkiyə-Naxçıvan iqtisadi əməkdaşlığının perspektivləri və qardaş ölkəyə ixrac imkanları müzakirə edilib.

     Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti 15-16 fevral tarixlərində Türkiyənin Ankara şəhərində ikigünlük səfərdə olub.

     Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov iştirak edib.

     Səfər çərçivəsində Ankara şəhərində Naxçıvan nümayəndə heyəti Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat ilə görüşüb. 

     Görüşdə iqtisadi əlaqələrin inkişaf perspektivləri, münbit investisiya mühiti, muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac imkanları və dövlət proqramı çərçivəsində layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

     Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində keçirilən görüşlərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi ətrafında müzakirələr aparılıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405484
Bu gün
Dünən
Bu ay
431
655
7595