Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub

        Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq, test imtahanı keçirilib. Muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə  581 müraciət daxil olub və onlardan 449 namizəd müsabiqədə iştirak hüququ qazanıb.

     İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 449 namizəddən 9 nəfər imtahana gəlməyib, 97 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilib. (https://bit.ly/48bfyrZ)

     Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

imtahan 3 09.09.2023imtahan 3 09.09.2023imtahan 3 09.09.2023
  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405560
Bu gün
Dünən
Bu ay
507
655
7671