Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 12.2 faiz artıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 132,1 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və ya 14,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 21,3 faiz artaraq 39,9 milyon manat təşkil edib.

     2023-cü ilin 11 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz artaraq 3,5 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 21,9 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,8 faiz artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405635
Bu gün
Dünən
Bu ay
582
655
7746