Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 11,6 faiz artıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar - oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 120,1 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 12,5 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 20 faiz artaraq 36,2 milyon manatdan çox təşkil edib

     2023-cü ilin 10 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 3,2 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 20 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,5 faiz artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405627
Bu gün
Dünən
Bu ay
574
655
7738