Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 10,8 faiz artıb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar - sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz və ya 10,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 31,5 milyon manatdan çox təşkil edib.

     2023-cü ilin 9 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 2,8 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 17,8 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 4 faiz artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405570
Bu gün
Dünən
Bu ay
517
655
7681