Naxçıvan MR Dövlət Vergi Xidmətinin əməkdaşlarına təlim keçilib

telim 1 12.12.2023telim 1 12.12.2023

     İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri tərəfindən Naxçıvan MR Dövlət Vergi Xidmətinin aidiyyəti  idarə və şöbələrinin  əməkdaşları üçün  “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların müəyyən edilməsi” mövzusunda təlim keçirilib.

     Təlimdə riskli əməliyyatların meyarları haqqında maarifləndirici məlumatlar verilib, riskli vergi ödəyicilərinə münasibətdə tətbiq edilən kompleks məhdudlaşdırmalar iştirakçıların nəzərinə çatdırılıb. Bildirilib ki, riskli vergi ödəyicilərinin siyahısı Dövlət Vergi Xidmətinin internet saytında açıqlanır. Bundan əlavə, digər vergi ödəyiciləri riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar apararkən, onlara həmin vergi ödəyicilərinin riskli vergi ödəyici olması barədə xəbərdarlıq mesajı verilir ki, bu əməliyyatlara görə gələcəkdə hər hansı məhdudlaşdırmalara məruz qalmasınlar.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405609
Bu gün
Dünən
Bu ay
556
655
7720