Naxçıvan MR Dövlət Vergi Xidmətinin əməkdaşları internat məktəbinin şagirdlərini təbrik ediblər

141

     Naxçıvan MR Dövlət Vergi Xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şagirdləri təbrik etmək üçün Ordubad şəhərində yerləşən internat məktəbində olublar.

     Tədbirlərdə uşaqlar üçün əyləncə proqramı təşkil edilib, şagirdlər şeirlər deyib, canlı musiqi ifa edib və yaddaqalan vaxt keçiriblər. Sonda Xidmət əməkdaşları məktəbliləri bayram münasibətilə təbrik edərək onlara müvəffəqiyyətlər arzu ediblər. Uşaqlara bayram hədiyyələri təqdim olunub.

     Naxçıvan MR Dövlət Vergi Xidməti sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Bu cür tədbirlərin təşkilində məqsəd qayğıya daha çox ehtiyacı olan uşaqlara mənəvi dəstək olmaq, bayram əhval-ruhiyyəsini artırmaq və şagirdlərin təhsilə marağını stimullaşdırmaqdır.

133333333333
  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405620
Bu gün
Dünən
Bu ay
567
655
7731