Naxçıvan MR Dövlət Vergi Xidmətində işə qəbulla bağlı müsabiqə elan edilib

Naxçıvan reliz

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən və elanda göstərilmiş şərtlərə uyğun gələn namizədlər “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər. Namizədlər 12 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrinə (www.taxes.gov.azwww.vergi.nakhchivan.az) daxil olaraq yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsahibə 28 iyul 2023-cü il tarixindən başlayaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Müsabiqə Komissiyası tərəfindən aparılacaq.

     İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdıqdan sonra nəticələr İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələri vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant olan vəzifələrə təyin ediləcəklər. Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.

     Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə link vasitəsilə keçid edib daha ətraflı tanış ola bilərsiz: Naxçıvan MR Dövlət Vergi Xidməti - ELANLAR (vergi.nakhchivan.az)

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405627
Bu gün
Dünən
Bu ay
574
655
7738