Fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib

tedbir 26.12.203 1tedbir 26.12.203 1

     Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Xidmətin əməkdaşları üçün fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib.

     Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin əməkdaşları baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq məlumatlar verib.

     Çıxışlarda fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, dəm qazı təhlükəsi barədə ətraflı məlumatlar verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

     İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405633
Bu gün
Dünən
Bu ay
580
655
7744