2-ci “Yay Təcrübə Proqramı”nda iştirak edən tələbə ilə görüş keçirilib

tecrube proqrami1tecrube proqrami2

     İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkil etdiyi 2-ci “Yay Təcrübə Proqramı” başa çatıb. Proqrama qoşulan ali təhsil müəssisələrinin tələbələri arasında Naxçıvan Dövlət Universitetinin tələbəsi Nicat Məmmədli  də olub. O, Proqramın Yay Düşərgəsində iştirak edib, iş təcrübəsini isə Naxçıvan MR Dövlət Vergi Xidmətində keçib.

     Proqramın başa çatması və sertifikatın təqdim edilməsi üçün Naxçıvan MR Dövlət Vergi Xidmətində Nicat Məmmədli  ilə görüş keçirilib. Tədbirdə çıxış edən Naxçıvan MR DVX-nin rəisi Abbas İsmayılov  bildirib ki,  müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu baxımdan, “Yay Təcrübə Proqramı”nın təşkil olunmasının başlıca məqsədlərindən biri məhz gənclərin dövlət vergi orqanlarının fəaliyyətinə marağını artırmaq və gələcəkdə bu sahədə işə cəlb olunmalarını təmin etməkdir.

     Keçirilən təcrübə çərçivəsində tələbə praktiki biliklərə yiyələnib, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə edib. “Yay Təcrübə Proqramı”nın iş yerində təcrübə hissəsi 8 həftə davam edib.

     Görüşün sonunda Nicat Məmmədliyə “Yay Təcrübə Proqramı”nda iştirakla bağlı sertifikat təqdim edilib.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

405559
Bu gün
Dünən
Bu ay
506
655
7670